Наверх
Войти на сайт
Регистрация на сайте
Зарегистрироваться
На сайте недоступна
регистрация через Google



ebay.am - Армянский информационный центр торговли

   


ильяс, 33 - 16 июня 2009 11:56

цитаты взято от ppk
[COLOR=darkblue][SIZE=+1][B]Dənizlə söhbət[/B][/SIZE]
[/COLOR]

[COLOR=brown][B][SIZE=+1]Dünyadan küsürəm.
İnsanlardan qaçıram.
Yenə saçlarımla küləyə, baxışlarımla dənizə qısılıram.
Nəhəngliyinə, maviliyinə vurulduqca öz köksüm də qabarır.
- Necə də istərdim sənin kimi olum, dəniz...ay dəniz...-pıçıldayıram.


Dalğalar şahə qalxır.
Dəniz qəhqəhə çəkir:
- Mənə həsədmi apardın? – eşidirəm.
- Sənə bənzəmək istədim, - deyirəm.
- Mənim kimi deyilsənmi? – eşidirəm.
- Səndən çox-çox kiçiyəm, - deyirəm.
- Mən də kainatda bir damlayam, - eşidirəm.
- Sənin qədər güclü deyiləm ki, - deyirəm.
Dalğalar coşur.
Qəhqəhələr qulaqlarımı batırır.
- Mən ki zəif bir küləkdən itirirəm təmkinimi?! – eşidirəm.
- Gözəlsən amma...- deyirəm.
- Gözəlliyim – maviliyimdədir...O da səmanın əksidir, gözümə düşür, - eşidirəm.
- Heçmi fərqimiz yoxdur? – soruşuram.
- Yoxdur...İnan ki, yoxdur...
- Mən özümdən qaçmaq istəyirəm, eşidirsənmi? – bağırıram.
- Bəs mən...dustaq deyiləmmi ? – pıçıldayır...
Gözlərim ayaqlarıma çırpılıb bir-birinin ardınca ölən ləpələrdə donub qalır.
Başa düşürəm ki, onlar sahilə can atan, özündən, öz dünyasından bezib qaçmaq istəyən dənizin son ümidləridir, ölür...[/SIZE][/B][/COLOR]
Добавить комментарий Комментарии: 0
Мы используем файлы cookies для улучшения навигации пользователей и сбора сведений о посещаемости сайта. Работая с этим сайтом, вы даете согласие на использование cookies.